Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Erməni nazirin səsləndirdiyi cavabın hüquqi baxımdan problemli olduğunu nəzərə alaraq, “News.am” nazirliyə yazılı sorğu göndərib. Sorğuda 2021-ci ildən bu günədək Ermənistan Müdafiə Nazirliyində başqa ölkənin vətəndaşı olan övladlara sahib neçə əməkdaşın işdən azad edildiyi, bu azadetmələrin hansı normativ-hüquqi aktlara əsaslandığı, həmçinin azadetmə əmrlərində hansı əsaslandırmaların göstərildiyi soruşulub.
Bu suallara cavab olaraq Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bildirib ki, nazirlik sistemində müxtəlif vəzifələr tutan bəzi şəxslər hüquqi əsaslarla, məsələn, növbəti müqavilənin müddətinin başa çatması və ya öz ərizələri əsasında işdən azad olunublar. Eyni zamanda nazirlik işdən azad edilən əməkdaşların sayını açıqlamaqdan imtina edib və buna əsas kimi Ermənistanın müdafiə nazirinin 2024-cü il 16 may tarixli “Ermənistan Müdafiə Nazirliyi sistemində məxfiləşdirilməli məlumatların genişləndirilmiş idarə siyahısının təsdiq edilməsi haqqında” N797-L nömrəli əmrinin əlavəsinin 14-cü bölməsinin 97-ci bəndinə istinad edib. Həmin bəndə əsasən, hərbi xidmətdən buraxılan hərbi qulluqçuların sayı məxfiləşdirilməli məlumat hesab olunur.
“Diqqətçəkən məqam ondan ibarətdir ki, Suren Papikyanın imzaladığı əmrin müvafiq əlavəsinin elə həmin 97-ci bəndində hərbi xidmətdən buraxılma səbəblərini açıqlayan dövri və ya ümumiləşdirilmiş məlumatlar da məxfi informasiya kimi qiymətləndirilir.
Beləliklə, ortaya çıxır ki, Suren Papikyan ya ehtiyatsızlıqdan, ya da qəsdən özünün imzaladığı əmri pozaraq məxfi məlumatları ictimaiyyətə açıqlayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az