Tomas de Vaal: “Türkiyə Paşinyanı dəstəkləyir, çünki o, onlar üçün ideal tərəfdaşdır”

2018/02/1456456_1519217719.jpg
Oxunub: 571     09:37     05 Fevral 2026    
“Türkiyə, əlbəttə ki, Paşinyanı dəstəkləyir, çünki o, onlar üçün ideal tərəfdaşdır”.

Ordu.az xəbər verir ki, bunu “Karnegi” Beynəlxalq Sülh Fondunun aparıcı tədqiqatçısı, Qafqaz üzrə ekspert Tomas de Vaal deyib.

O qeyd edib ki, bu baxımdan Türkiyə müxtəlif layihələrə hazırlaşır.

“Ən böyük addım Ermənistanla sərhədin açılması olacaq, lakin bu gündəliyi irəli aparmaq üçün Türkiyə Bakıdan siqnal gözləyir”, - deyə de Vaal qeyd edib.

Ekspertin fikrincə, xarici qüvvə amili Ermənistan seçkilərinin nəticələrinə həlledici təsir göstərəcək.

“Bu, onunla bağlıdır ki, bu seçkilər sadəcə hakimiyyətin formalaşdırılması üçün adi seçkilər deyil, ölkənin xarici siyasət kursunun müəyyən edilməsi ilə bağlı bir növ referendumdur və Paşinyan da məhz bunun üzərində oynayır. Bundan əlavə, həm erməni, həm də Azərbaycan cəmiyyətlərində qan tökülməsinin dayandırılması istəyi var və Paşinyan bu amildən məharətlə istifadə edir”, - deyə ekspert bildirib.

Eyni zamanda, onun fikrincə, Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı Azərbaycanın tələbinin Ermənistan seçkilərindən sonra, o cümlədən Paşinyanın qələbəsi halında belə, həyata keçirilməsi çətin olacaq.

Tomas de Vaal şübhə edir ki, bu məsələ referendum zamanı erməni cəmiyyətinin dəstəyini qazana biləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tomas-de-Vaal   Ermənistan  


Bizi "telegram"da izləyin