“TRIPP Bakının və İrəvanın 2020-ci il 10 noyabr bəyanatını icra etməkdən imtinasının nəticəsidir” - Tomas de Vaal

2018/03/295156_1521115695.jpg
Oxunub: 463     09:34     05 Fevral 2026    
“Mən hesab edirəm ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi həyata keçiriləcək. Bu istiqamətdə işlər artıq gedir və böyük ehtimalla dəmir yolu bərpa olunacaq”.

Ordu.az xəbər verir ki, bunu “Karnegi” Beynəlxalq Sülh Fondunun aparıcı tədqiqatçısı, Qafqaz üzrə ekspert Tomas de Vaal deyib.

Onun sözlərinə görə, Paşinyan və İlham Əliyev eyni vaxtda 2020-ci il 10 noyabr bəyanatından imtina etmək qərarına gəliblər, çünki Rusiyanın 9-cu bəndi həm Ermənistan, həm də Azərbaycan üzərində təzyiq aləti kimi istifadə edəcəyindən ehtiyat edirdilər. “Dünyada bundan imtina etmək üçün ən uyğun yer Ağ Evdir. Buna görə də tərəflər layihəni rus layihəsindən Amerika layihəsinə çevirməyə qərar verdilər”, - deyə ekspert vurğulayıb.

Onun qiymətləndirməsinə görə, amerikalılar hesab edirlər ki, “Tramp marşrutu”ndan rus şirkətləri də istifadə edə bilər, lakin eyni zamanda bildirirlər ki, bu, artıq onların layihəsidir.

“Həm ABŞ, həm də Avropa anlayır ki, Rusiyanın regiondakı təsiri beş-on il əvvəllə müqayisədə xeyli zəifləyib. Rusiya həm Ermənistan, həm də Azərbaycan üzərində təsir rıçaqlarını itirib və bu, Qarabağ münaqişəsi zamanı baş verib”, - deyə ekspert bildirib.

Ekspert hesab etmir ki, bu layihənin reallaşdırılmasında İran ABŞ üçün əsas amildir.

“Orada ABŞ şirkəti olacaq, ABŞ infrastrukturu olacaq, lakin amerikalıların özləri, bir neçə nəfər istisna olmaqla, orada olmayacaqlar. Təhlükəsizliyi özəl şirkət, ola bilsin ki, hətta ABŞ deyil, Avropa şirkəti, həmçinin erməni sərhədçiləri təmin edəcək”, - deyə Tomas de Vaal qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tomas-de-Vaal  


Bizi "telegram"da izləyin