“Ermənilər Rusiyaya qarşı çox aqressiv mövqe tutan Avropa İttifaqına qoşulmağa hazırdırmı?” - Overçuk

2025/06/1751136534.jpg
Oxunub: 429     09:19     05 Fevral 2026    
“Avropa İttifaqına qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan Avropa İttifaqının dəyişən mahiyyətini nəzərə almalıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazir müavini Aleksey Overçuk TASS-a açıqlamasında bildirib.

“Əgər onlar nə vaxtsa rəsmi şəkildə belə danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Biz isə, əlbəttə, Avropa İttifaqının dinamikasına, onun nəyə çevrildiyinə baxmalıyıq. Burada Avropa Komissiyasından və Brüsseldən səslənən, Avropa İttifaqının iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrildiyi ilə bağlı bəyanatlara diqqət yetirməliyik. Bu amil də nəzərə alınmalıdır. Avropa İttifaqının mahiyyəti gözlərimizin önündə dəyişir.

Ermənilər hazırdırmı ki, hazırda Rusiya Federasiyasına qarşı çox aqressiv mövqe tutan hərbi-siyasi birliyə qoşulsunlar? Ola bilsin ki, ermənilər də özlərinə bu sualı verməli olacaqlar. Hər halda, dəfələrlə qeyd edilib ki, bu və ya digər inteqrasiya birliyinin seçilməsi həmişə Ermənistan xalqının seçimidir”, - deyə Rusiya Baş nazir müavini qeyd edib.

Onun qiymətləndirməsinə görə, burada aydındır ki, müəyyən qərarlar müəyyən vaxtda qəbul edilməlidir, çünki bu məsələ həm burada, həm də Ermənistanda dəfələrlə müzakirə olunub.

“Nikol Vovayeviç (Paşinyan-red.) bu barədə danışıb. Hamı başa düşür ki, Ermənistan eyni vaxtda iki inteqrasiya birliyinin üzvü ola bilməz. Buna görə də, əgər belə bir seçim nə vaxtsa edilərsə, bu, bu gün Avropa İttifaqının mahiyyətində gördüyümüz dəyişikliklərin dinamikası nəzərə alınmaqla kompleks xarakter daşıyacaq”, - deyə Overçuk sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin