Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, “Hayastan” blokunun müəllifi olduğu siyasi məhbuslarla bağlı bəyanat layihəsi müzakirə ediləcək.
“Qeyd edək ki, bu mövzu ilə bağlı ötən ilin noyabrında parlamentdə dinləmələr də keçirilmişdi.
Layihədə qeyd olunur: “Ermənistanda demokratiya geriləmə yaşayır və bunun təzahürlərindən biri də misli görünməmiş sayda siyasi məhbusun mövcudluğudur”.
Bəyanatın əsasını Ermənistanda qeydə alınan demokratik geriləmə təşkil edir ki, bunun tərkib hissələrinə söz, vicdan və toplaşma azadlıqlarının kobud şəkildə pozulması, KİV-lərə təzyiqlər, saxta cinayət işləri, fərqli siyasi baxışlara malik şəxslər və vətəndaşlara qarşı seçmə məhkəmə prosesləri daxildir.
Məlumatlarımıza görə, hakimiyyət təmsilçiləri döyüşkən əhval-ruhiyyədədir və bu gün müzakirəyə böyük “arsenal”la gələcəklər ki, müxalifətin arqumentlərini darmadağın etsinlər. Qeyd edək ki, dünəndən Avropa Şurasının insan hüquqları üzrə komissarı Ermənistandadır və bu gün Respublikaçılar Partiyası günorta saatlarında parlment yaxınlığında aksiya keçirəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az