Erməni din xadimi: “Müdafiə Nazirliyi dönük ruhani şəxslərə vəzifə təklif edir”

2026/02/1770231589.jpg
Oxunub: 622     22:57     04 Fevral 2026    
Vaxtilə Masyatsotn yeparxiyasında ruhani xidmət göstərmiş, hazırda isə Feodosiya şəhərindəki Müqəddəs Sarkis kilsəsinin ruhani rəhbəri olan erməni keşiş Ter Zareh Aşuryan Ermənistan Silahlı Qüvvələrində ruhani xidmətin ləğvi barədə danışdığı video yayımlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Ermənistan Silahlı Qüvvələrində ruhani xidmət ləğv edildikdən sonra Müdafiə Nazirliyində yaranmış boşluğu doldurmaq üçün alternativ üsul tapıblar və mənim məlumatıma görə, bütün dönüklərə, xəyanət edənlərə mayor ştatı və 700 min dram maaş vədi ilə MN-də vəzifələr təklif olunur. Baxın, ölkəmizi nə günə qoyublar ki, hətta dövlət büdcəsindən orduya ayrılan vəsait hesabına kilsəyə qarşı yönəlmiş siyasi gündəmlərini maliyyələşdirirlər. İnsanların ödədiyi vergilər hesabına rüşvət verirlər və guya hərbi ruhani kimi işləməyi təklif etməklə bu rüşvəti qanuni formada rəsmiləşdirməyə çalışırlar”, - deyə Aşuryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aşuryan  


Bizi "telegram"da izləyin