Ermənistanın xarici işlər naziri BƏƏ-dən olan həmkarı ilə görüşüb

2026/02/1770231069.jpg
Oxunub: 427     22:48     04 Fevral 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Ərəb Əmirliklərinin Baş nazir müavini və xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan ilə BƏƏ arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

“Qarşılıqlı olaraq vurğulanıb ki, fəal siyasi dialoqla yanaşı, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazırlıq var. Bu çərçivədə Ermənistan və BƏƏ XİN başçıları ticarət-iqtisadi və işgüzar əlaqələrin, investisiya proqramlarının təşviqi variantlarını müzakirə ediblər. Qeyd olunub ki, bu layihələrin səmərəli icrasına son illərdə birbaşa uçuşların sayının artması və turizm həcminin genişlənməsi də töhfə verə bilər.

Ararat Mirzoyan və Abdullah bin Zayed Al Nəhyan regional məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan Ermənistan ilə Azərbaycan arasında bərqərar olmuş sülhün, eləcə də onun davamlı möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Nazir Mirzoyan bərqərar edilmiş sülhün qeyd olunması məqsədilə təqdim edilən “Zayed” insan qardaşlığı mükafatı təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə regional əlaqəlilik və infrastruktur şəbəkəsinin genişləndirilməsi imkanları da müzakirə olunub. Humanitar məsələlərə də toxunulub”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BƏƏ  


Bizi "telegram"da izləyin