"Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" - Paşinyan

2026/02/1770218898.jpg
Oxunub: 512     18:04     04 Fevral 2026    
Ermənistanla Azərbaycan arasındakı bu prosesi təsəvvür etmək mümkünsüz idi. Buna baxmayaraq, biz inanılmaz bir nailiyyət əldə etdik. Bu səbəbdən 2025-ci ildə sülh bərqərar oldu. İndi isə baş verənlər yenə də inanılmaz görünür.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

“Sülh və bu mükafatın verilməsi nəinki onun qeyd edilməsidir, bu, həmçinin onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin