Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, BBC-nin rus xidmətinin sorğusuna cavab olaraq da komitədən bildirilib ki, İminova və Baysarov “hələlik müəyyən edilməmiş şəxsin göstərişi ilə” hərəkət ediblər. Qurum 2025-ci ilin dekabrında Rusiyaya istintaqa kömək göstərilməsi xahişi ilə müraciət edib, lakin indiyədək cavab almayıb. İstintaq versiyasına görə, Baymuradovanın ölüm səbəbi boğulma olub, lakin Ermənistan İstintaq Komitəsinin qeyd etdiyi kimi, bunu birmənalı şəkildə təsdiqləmək mümkün deyil.
Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, mərhumun bədənində “küt əşyaların təsiri nəticəsində yaranmış xırda və iri qan sızmaları ocaqları, həmçinin üzün sağ nahiyəsində bir neçə kiçik səthi dəri zədəsi” aşkarlanıb.
İstintaqçıların fikrincə, bu xəsarətlər “yüksək temperaturun təsiri nəticəsində” yarana bilərdi.
Xatırladaq ki, Çeçenistandan İrəvana köçmüş 23 yaşlı Ayşat Baymuradova oktyabrın 15-də İrəvanda itkin düşmüşdü. O, Karina İminova ilə görüşə getmiş və geri qayıtmamışdı.
Bir neçə gün sonra Baymuradova ölü halda tapılmışdı. İminova Baymuradovanın qətlə yetirildiyi evin təhlükəsizlik kameralarının görüntülərində görünür. Hüquq müdafiəçiləri və jurnalistlərin məlumatına görə, onu çeçen Said-Hamzat Baysarov müşayiət edib. O, iş adamı Ruslan Baysarovun qardaşı oğludur. Ruslan Baysarov müğənni Kristina Orbakaytenin kiçik oğlunun atasıdır və Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın çevrəsinə daxildir.
Alpər Mövludoğlu
Ordu.az