Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.
Erməni nazir Permyakovun harada saxlanılması ilə bağlı Ədliyyə Nazirliyinə nə məlum olduğu sualına cavab olaraq qeyd edib ki, Rusiya Federasiyasına mütəmadi sorğular göndərilir və oradan onun cəzasını çəkməyə davam etməsi ilə bağlı təsdiqlər alınır.
Hadisə 2015-ci il yanvarın 12-də baş verib. İttiham aktına əsasən, Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov Avetisyanlar ailəsinin evinə daxil olaraq ev sakinləri Aida Avetisyanı, Hasmik Avetisyanı, Seryoja Avetisyanı, Armen Avetisyanı, Araksya Poğosyanı və azyaşlı Hasmik Avetisyanı güllələyib. Daha sonra o, azyaşlı Seryoja Avetisyanı beş dəfə bıçaqlayıb. Uşaq yeddi gün sonra xəstəxanada vəfat edib. Valeri Permyakov əməllərini “evə çatmaq istəyi” ilə izah edib. Təqsirləndirilən Valeri Permyakov ittihamın bütün maddələri üzrə, yəni Avetisyanlar ailəsinin yeddi üzvünün qətli (Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 5-ci və 8-ci bəndləri), quldurluq hücumu (175-ci maddənin 2-ci hissəsinin 3-cü və 4-cü bəndləri) və sərhədi qanunsuz keçməyə cəhd (34-329-cu maddənin 1-ci hissəsi) üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Valeri Permyakov ömürlük azadlıqdan məhrum edilib.
Alpər Mövludoğlu
Ordu.az