Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.
Onun sözlərinə görə, mətnin hazırlanması üçün əvvəllər elan edilmiş müddətlər dəyişməz qalır və cari ilin mart ayını əhatə edir.
“Lakin bir sıra suallar hələ də cavabsızdır. Məsələn, əsas qanunun mətnini hazırlayan şura konstitusiyada müstəqillik bəyannaməsinə edilən istinadın saxlanılıb-saxlanılmayacağını hələ müzakirə etməyib”, - deyə Qalyan qeyd edib.
Bununla yanaşı, erməni nazir məlumatlandırma kampaniyasının yaxın vaxtlarda başlanacağını bildirib.
Qalyanın fikrincə, referendum iyun ayına planlaşdırılan seçkilərdən sonra keçiriləcək, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib. Parlament idarəetmə sistemi saxlanılacaq.
Erməni Apostol Kilsəsinin xüsusi statusunun saxlanılıb-saxlanılmayacağı ilə bağlı suala cavab verən Qalyan qeyd edib ki, bu məsələ də müzakirə olunmayıb, lakin dəyişikliklər olmamalıdır.
Alpər Mövludoğlu
Ordu.az