Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Fevralın 4-də keçirilən mətbuat konfransında erməni nazirə xatırladılıb ki, əgər bu suala müsbət cavab verilərsə, həmin məntiqə əsasən hazırda həbsdə olan çoxsaylı şəxslər, o cümlədən din xadimləri də siyasi məhbus sayılmalıdır.
Bununla belə, Qalyan bu həssas mövzunu şərh etməkdən imtina edib və bunu 2008-ci ildə tələbə olması, siyasi proseslərlə maraqlanmaması və buna görə də qiymətləndirmə verə bilməməsi ilə əsaslandırıb.
Bugünkü vəziyyətə gəlincə, erməni nazir ölkədə siyasi məhbusların olmadığını bildirib və ən yaxşı meyarın beynəlxalq qurumların hesabatları olduğunu vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az