Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Fevralın 4-də keçirilən mətbuat konfransında erməni nazir açıqlayıb ki, hazırda 907 nəfər ev dustaqlığındadır, 1143 nəfər inzibati nəzarət altındadır, on minlərlə insan isə ölkəni tərk etməmək barədə iltizamla və ya girov müqabilində azadlıqda qalır.
Ermənistan KİV-ləri bildirib ki, erməni nazir üçün bu “on minlərlə” şəxs sual doğurmur.
Sakinlərə vurulan mənəvi ziyanın kim tərəfindən ödəniləcəyi sualına Qalyan cavabında bildirib ki, əksər hallarda insanlar bəraət almır, sadəcə olaraq onlara tətbiq edilən qətimkan tədbiri dəyişdirilir. Şəxsin bəraət aldığı nadir hallarda isə qanun ona dəyən ziyanın ödənilməsini tələb etmək hüququ verir.
Ölkədə siyasi məhbusların olub-olmaması məsələsinə toxunan Qalyan onların mövcud olmadığını bildirib. O qeyd edib ki, siyasətlə məşğul olmaq hüquq pozuntusuna yol verməyə əsas yaratmır. Qalyan “siyasətin arxasında gizlənməməyə” çağırıb.
Alpər Mövludoğlu
Ordu.az