Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Regnum.ru” nəşri yazıb.
“Bir erməni olaraq, onlar mənim xalqımı tarixi yaddaşından, milli rəmzlərindən, qürurundan və birliyindən məhrum etməyə çalışanda laqeyd qala bilmərəm”, - deyə Tozlyan mitinq iştirakçılarına müraciətində bildirib.
Erməni deputat qeyd edib ki, Erməni Kilsəsinin parçalanması qaçılmaz olaraq cəmiyyətin parçalanmasına gətirib çıxaracaq. O, həmçinin vurğulayıb ki, Ermənistan hakimiyyəti kilsəyə qarşı davam edən kampaniyanın mümkün nəticələrini anlamır, bu, kilsənin, millətin və xalqın parçalanmasına səbəb ola bilər.
“Mən hesab edirəm ki, biz indi kilsəmizə, onun rəhbərinə, onun birliyinə və ənənələrinə dəstək verməliyik”, - deyə erməni deputat bildirib.
Tozlyan, həmçinin, dövlətin Erməni Apostol Kilsəsinin işlərinə müdaxiləsinin dayandırılmasına çağıran imzaların toplanması və qətnamənin qəbul edilməsi üçün xeyir-dua aldığını da bildirib.
KİV yazıb ki, mitinqdə 900-dən çox insan iştirak edib. Onlar Nikol Paşinyanın destruktiv siyasətinə qarşı olduqlarını ifadə ediblər. Mitinq yerinin Armavirdə seçilməsi təsadüfi olmayıb, çünki burada böyük erməni icması yaşayır. Oxşar tədbirlər daha əvvəl Soçidə və Rusiyanın bir sıra digər şəhərlərində də keçirilib.
Nəşr xatırladıb ki, son dövrlərdə Paşinyan Erməni Kilsəsinə qarşı hücumlarını aktivləşdirib. 2025-ci ilin mayında o, sosial şəbəkələrdə Erməni Apostol Kilsəsinin ünvanına təhqiramiz ifadələr işlədib, qısa müddət sonra isə bütün ermənilərin katolikosunun seçilməsində həlledici rolun dövlətə verilməsini təklif edib.
Müəllif həmçinin xatırladıb ki, noyabrın 15-də Erməni Apostol Kilsəsinin Rusiya və Naxçıvan-na-Donu yeparxiyasının din xadimi Ata Gevorq “Regnum.ru” xəbər agentliyinə bildirib ki, Ermənistanın mövcud hakimiyyəti kilsənin nüfuzundan qorxur və buna görə də onun səsini konstitusiyaya zidd və allahsız addımlarla, o cümlədən ali ruhani şəxslərin əsassız həbsləri ilə susdurmağa çalışır.
Alpər Mövludoğlu
Ordu.az