Erməni ekspert: “İrana zərbə endirilməməsində bunun TRIPP-ə mənfi təsir göstərə bilməsi də rol oynayıb”

2026/02/1770186948.jpg
Oxunub: 382     13:35     06 Fevral 2026    
“ABŞ vitse-prezidenti Vensin regional səfərinə sayılı günlər qalıb. Bu səfər bölgəmizdə Amerika Birləşmiş Ştatlarının geosiyasi maraqlarının irəli aparılması baxımından mühüm mərhələlərdən biri olacaq. Bu, təbii regional geosiyasi rəqabətdir və hazırkı mərhələdə üstünlük ABŞ-nin tərəfindədir”.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə erməni mütəxəssis Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, vurğulamaq lazımdır ki, bu üstünlük həm də regionun ən zəif halqasının maraqları hesabına əldə edilir ki, bu da realpolitikanın acı, lakin real təzahürüdür.

“Bununla belə, mən bunu yalnız Tramp administrasiyasının qələbəsi kimi qiymətləndirmirəm, çünki bu cür ssenarilərin hazırlanması 1991-ci ildən başlayaraq ABŞ-nin bütün administrasiyalarına xas olub və onlar mərhələli şəkildə həyata keçirilib.

Mənim qiymətləndirməmə görə, TRIPP (Zəngəzur dəhlizi-red.) bu mərhələdə ABŞ-yə Cənubi Qafqazda biznes mövcudluğu təmin edir, lakin bu biznes mövcudluğunu ABŞ strateji mövcudluğuna çevirmək potensialına malikdir. Bu isə indiyədək heç vaxt mövcud olmayıb.

Yeri gəlmişkən, İrana qarşı zərbə endirilməməsində (ən azı indiki vaxta qədər) bu amil də rol oynayıb ki, belə bir addım TRIPP-in həyata keçirilməsinə və ya onun müddətlərinə mənfi təsir göstərə bilərdi”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin