Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Danaksütun Ermənistan Ali Orqanının üzvü Tadevos Avetisyan sosial şəbəkə hesabında yazıb.
“Xüsusilə:
– əhalinin həyat qabiliyyəti əmsalı (doğulanların və ölənlərin sayının nisbəti) 127 faiz təşkil edib və təxminən 6 faiz bəndi azalıb,
– təbii artım (doğulanlar və ölənlər arasındakı fərq) 6228 nəfər olub, 1383 nəfər və ya 18 faiz azalıb,
– doğulanların sayı 29 337 nəfər təşkil edib, təxminən 1524 nəfər və ya 5 faiz azalıb,
– ölənlərin sayı demək olar ki, eyni səviyyədə qalıb,
– nikahların sayı 12 672 olub, 1643 vahid və ya təxminən 12 faiz azalıb,
– boşanmaların sayı 4419 olub, təxminən 140 vahid və ya 3 faiz artıb,
– 0-1 yaşlı körpələr arasında ölüm halları 207 təşkil edib, 16 hal və ya təxminən 8,5 faiz artıb,
– 0-4 yaşlı uşaqlar arasında ölüm halları 251 təşkil edib, 25 hal və ya təxminən 11 faiz artıb”, - deyə Avetisyan qeyd edib.
O vurğulayıb ki, bu son dərəcə narahatedici demoqrafik meyillər mövcud hakimiyyətin idarəçiliyinə xasdır və əsasən aparılan antisosial siyasətin nəticəsidir.
“Əhalimizin sosial baxımdan ən həssas qruplarına daxil olan təxminən 40 faizinin həyat keyfiyyəti aşağı düşür. Buraya pensiyaçılar, müavinət alanlar, işləyən yoxsullar, yoxsullar və ifrat yoxsullar daxildir. Bu isə sosial səbəblərdən nikahların kəskin azalmasına, boşanmaların artmasına, ölüm göstəricilərinin, o cümlədən uşaq ölümlərinin yüksəlməsinə, təbii olaraq isə doğulanların sayının azalmasına və miqrasiyanı xarakterizə edən göstəricilərin artmasına gətirib çıxarıb”, - deyə Avetisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az