Erməni koordinator: “Samvel Karapetyan 34 faiz, Nikol Paşinyan 33 faizdir, bunlar sorğunun yekun nəticələridir”

2026/02/1770186645.jpg
Oxunub: 404     10:27     04 Fevral 2026    
“Samvel Karapetyan 34 faiz, Nikol Paşinyan 33 faiz. Bunlar bu gün əldə etdiyimiz sorğunun yekun nəticələridir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Bizim Tərzimizlə” hərəkatının koordinatoru Narek Karapetyan yazıb.

“Bunlar bu gün əldə etdiyimiz sorğunun yekun nəticələridir. Sorğunu EMPIRICA şirkəti həyata keçirib və sual belə olub: əgər seçim bu iki siyasi fiqur arasında olsaydı, kimi seçərdiniz?

Əmin addımlarla qələbəyə doğru gedirik. Paşinyanın bizə qarşı şəxsi hədəfləndirməni kəskinləşdirməsinin səbəbi də məhz budur.

Lakin cüzi üstünlüklə qələbə kifayət deyil. Biz parlamentdə mütləq çoxluğa sahib olmalıyıq. Böyük dəyişikliklər etmək üçün böyük və güclü siyasi qüvvəyə ehtiyac var”, - deyə o qeyd edib.

Karapetyan bildirib ki, bizneslər üçün sıfır vergi tətbiq edə bilmək, 300 min yeni iş yeri yaratmaq və real iqtisadi transformasiya həyata keçirmək üçün real hakimiyyətə və geniş dəstəyə ehtiyac var.

“Buna görə sizə müraciət edirəm: baxışlarımızı yaymağa davam edin. İnsanlarla danışın. Biz böyük qələbəyə doğru gedirik və bunun üçün hər birimiz vacibik”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin