Ordu.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Dünən tarixi memorandumun imzalanması ilə yadda qalan gün olub. Süni intellekt Azərbaycan və İsrail arasında inkişaf edən və möhkəmlənən əlaqələrin güclü simvoludur", - səfir yazıb.
Qeyd edək ki, dünən Azərbaycan və İsrail süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Mərasim İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə baş tutub. Sənədi İsrailin Süni İntellekt üzrə Milli Qərargahın komandiri, briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Ordu.az