Seçkilər ərəfəsində Paşinyanın partiyasında “daxili təbliğat kampaniyası” başlayıb

2026/01/1767869415.jpg
Oxunub: 534     09:22     04 Fevral 2026    
2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasında daxili fəal təbliğat mərhələsi başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, partiyanın ilkin 280 nəfərlik siyahısına daxil edilmiş şəxslər bu günlərdə öz sosial platformalarında aktiv təbliğat aparmaq öhdəliyi götürüblər.

“Bizə çatan məlumata əsasən, siyahıya namizədlərə açıq formatda siyasi məqsədlərini təqdim etmək, deputat olmaq istəklərini əsaslandırmaq və hakimiyyət daxilində özlərini hansı rolda gördüklərini izah etmək tapşırılıb.

Qeyd olunur ki, bu proses fevralın 12-dək davam edəcək, bundan sonra “Vətəndaş Müqaviləsi”nin 1000 nümayəndəsi ilkin siyahıdan “top” 50 namizədi seçəcək. Həmin şəxslər növbəti mərhələyə, regional və icma daxili təbliğat mərhələsinə göndəriləcək və bu mərhələnin nəticələrinə əsasən siyahının ilk 50 yeri yekun şəkildə formalaşdırılacaq”, - deyə müəllif bildirib.

Nəşrin mənbələrinin qiymətləndirməsinə görə, qarşıdakı günlərdə “Vətəndaş Müqaviləsi” üzvləri öz siyasi “reklam”larına fokuslanacaq, sosial şəbəkələrdə pafoslu bəyanatlar və özünüreklam xarakterli mesajlarla çıxış edəcəklər.

“Lakin bu mexanizmin yekun seçimə təsir baxımından nə dərəcədə effektiv olacağını indidən demək çətindir.

Xatırladaq ki, yanvarın 23-də “Joğovurd” qəzeti yazmışdı ki, Nikol Paşinyan 2026-cı il seçkilərində iştirak edəcək “Vətəndaş Müqaviləsi” liderlərini uzunmüddətli və çoxmərhələli proses vasitəsilə seçməyi planlaşdırır və bu prosesi sərt daxili rəqabət mühitində saxlamaq niyyətindədir.

Planlaşdırılır ki, bütün seçki zənciri, 280 nəfərdən 50 nəfərə qədər ixtisar prosesi “Vətəndaş Müqaviləsi”nin daxilində nümayəndələrin səsvermələri yolu ilə həyata keçiriləcək. Bu prosesdə təkcə siyasi keçmiş deyil, həm də təbliğatın effektivliyi həlledici rol oynayacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin