Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, bu ilin yanvarın 15-də Ermənistan DGK məlumat verib ki, qaçaqmalçılıq yolu ilə mobil telefonların Ermənistana gətirilməsi işi üzrə saxlanılan şəxslərlə bağlı cinayət işi Komitə tərəfindən, Antikorrupsiya Komitəsinə ötürülmüş məlumatlar əsasında başlanıb. Ermənistan DGK daha əvvəl bildirmişdi ki, mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı Komitədə xidməti araşdırma aparılıb.
“Bundan əvvəl isə bizim İrəvan-Moskva istiqamətində daşınan qızıl külçələri ilə bağlı dərc etdiyimiz material yayımlanmışdı.
İndi isə “Joğovurd” qəzetinin hüquq-mühafizə orqanlarındakı mənbələri bildirirlər ki, DGK Daxili Təhlükəsizlik İdarəsinin rəisi Qarnik Marqaryan bu icraatlar çərçivəsində Ermənistan Antikorrupsiya Komitəsinə dəvət olunaraq dindirilib”, - deyə nəşr qeyd edib.
“Joğovurd”a Ermənistan Antikorrupsiya Komitəsindən cavab olaraq bildirilib ki, onların icraatında olan cinayət işləri üzrə dindirilən şəxslər barədə məlumat verə bilməzlər.
“Əlavə edək ki, sistemdə ciddi proseslərin getdiyinə dair işarələr var və hüquq-mühafizə orqanlarının bəzi yüksək vəzifəli məmurları mümkün məsuliyyətdən kənarda saxlamağa çalışdığı ilə bağlı narahatlıqlar ifadə olunur.
Biz hadisələrin inkişafını izləməyə davam edəcəyik”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az