Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli gündəliyin geniş spektrini müzakirə edərək Ermənistan-Hindistan münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndiriblər.
“Xarici işlər nazirinin müavini Ermənistanın xarici siyasətinin prioritetlərini, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi və sülhün daha da institusionallaşdırılmasına yönəlmiş Ermənistanın səylərini təqdim edib.
Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az