Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “ABŞ öz modul atom elektrik stansiyasını diktə edir” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, ABŞ Prezidenti Tramp bildirmişdi ki, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə əla saziş imzalayacaqlar. Ekspertlər hesab edirlər ki, ABŞ ABŞ istehsalı olan modul atom elektrik stansiyasının öz variantını irəli sürür. Yanvarın 29-da hökumət iclasından sonra keçirilən brifinqdə Nikol Paşinyan ABŞ Prezidentinin açıqladığı məlumatın nələri ehtiva etdiyinə dair demək olar ki, heç bir detal açıqlamayıb.
KİV vurğulayıb ki, “Bu, Ermənistanın atom elektrik stansiyası tikintisi ilə bağlı qərar verdiyi və ABŞ variantını seçdiyi anlamına gəlirmi?” sualına cavab olaraq Paşinyan belə reaksiya vermişdi: “Biz nüvə texnologiyalarına malik olan müxtəlif ölkələrlə əməkdaşlığımızı inkişaf etdiririk. İnstitusional ekspertlərlə işləyirik, lakin heç bir narahatlıq diqqətdən kənarda qalmayacaq. Biz hazırda bütün tərəfdaşlarla, Fransa, ABŞ, Rusiya, Cənubi Koreya, Çinlə işləyirik və bütün mümkün suallara etibarlı cavablar aldıqdan sonra zəruri qərarlar qəbul olunacaq”.
“Məlumatlarımıza görə, ABŞ modul atom elektrik stansiyasının tikintisi ilə bağlı sazişin imzalanması ABŞ tərəfi üçün əsas şərtdir. Ermənistanın mövcud hakimiyyət orqanları yaxşı anlayır ki, bu, Rusiya tərəfi ilə yeni problemlər yaradacaq.
“Rosatom” dəfələrlə Ermənistanda mobil atom elektrik stansiyası tikməyə söz verib və İrəvanın bütün tələblərini ödəməyə hazır olduğunu bildirib. İndi isə Rusiya tərəfini rədd edib Amerika atom elektrik stansiyası tikməklə, Ermənistan erməni-rus münasibətlərinin tabutuna növbəti mıxı vurmuş olacaq.
Mövcud hakimiyyət orqanları Vaşinqtondan yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı sazişin imzalanmasının təxirə salınmasını xahiş ediblər, lakin ABŞ açıq şəkildə bildirib ki, bu saziş imzalanmadan digər heç bir məsələni, o cümlədən TRIPP (Zəngəzur dəhlizi-red.) sazişini müzakirə etməyi mənasız hesab edirlər. Vensin səfərindən sonra isə Ermənistan hakimiyyətini təkcə Rusiya ilə deyil, regionun digər ölkələri ilə də yeni problemlər gözləyir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az