Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, Nikol Paşinyanın keçmiş müşaviri Arşak Karapetyan bəyan edib.
Onun sözlərinə görə, bu, yalnız bir nəfərdən qaynaqlanır.
“Bununla mənim dediklərim təsdiqlənir. Mən sənəd dərc edəcəyəm və həmin sənədə əsasən o, xarici agent olduğunu təsdiqləyən sənədə imza atıb, həm də təkcə o deyil. Faktiki olaraq belə alınır ki, Mehri ərazisinə xidmət göstərəcək qurum yaradılacaq, həmin qurumda türklər və azərbaycanlılar da olacaq. Buna qətiyyən təəccüblənmərəm”, - deyə Karapetyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az