“Hraparak”: Kremldə yeni qurum yaradılıb, o, Ermənistan məsələləri ilə daha əhatəli məşğul olacaq

2026/01/1769245536.jpg
Oxunub: 413     09:06     24 Yanvar 2026    
Rusiya prezidentinin administrasiyasında onun aparat rəhbəri və müavinləri müxtəlif istiqamətlər üzrə Kremlin daxili və xarici siyasətini əlaqələndirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan istiqaməti üzrə kurator, məlum olduğu kimi, ötən ilin yazından etibarən prezident administrasiyası rəhbərinin birinci müavini, Rusiyanın sabiq Baş naziri Sergey Kiriyenkodur.

“O, eyni zamanda Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərini də koordinasiya edir.

Lakin məlum olub ki, onun yanında Ermənistan məsələləri ilə daha əhatəli şəkildə məşğul olacaq yeni komitə də formalaşdırılıb. İstisna edilmir ki, bu qərar Ermənistan hakimiyyətinin “hibrid müharibəyə qarşı mübarizə” adı altında apardığı anti-Rusiya siyasətinə cavab olaraq qəbul edilib”, - deyə KİV bildirib.

Nəşr qeyd edib ki, Nikol Paşinyan, məlum olduğu kimi, seçkilər ərəfəsində Qərbdən böyük maliyyə vəsaitləri cəlb etməyi, hibrid müharibəyə qarşı mübarizə adı altında Rusiyanı rədd edən və ondan uzaqlaşma xəttini dəstəkləyən qüvvələri birləşdirməyi planlaşdırır.

“Buna görə də seçkilər yaxınlaşdıqca, Rusiyanın Ermənistanda guya müxalif dairələri hakimiyyətə gətirmək məqsədilə hibrid müharibə apardığı barədə iddialar daha tez-tez səslənəcək”, - deyə KİV yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin