Ermənistanın keçmiş müdafiə naziri: “TRIPP yolu, adının da göstərdiyi kimi, hamımıza təsir edəcək və onda artıq çox gec olacaq”

2025/06/1751013557.jpg
Oxunub: 437     08:59     24 Yanvar 2026    
“Niyə TRIPP (Zəngəzur dəhlizi-red.) yolu ilə bağlı razılaşmaların nəticəsində 74 faiz ABŞ-yə, cəmi 26 faiz isə Ermənistana məxsus oldu?”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nərə görə, Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan nəşrə açıqlamasında deyib ki, burada böyük bir avantüra var.

Onun sözlərinə görə, razılaşmada yer almayan çox vacib məqamlar var.

“Məsələn, ABŞ-nin sonradan öz payını başqa bir ölkəyə ötürə bilməməsi, yaxud ötürmək istədiyi halda ilkin satınalma hüququnun Ermənistana məxsus olması kimi şərtlər sənəddə yoxdur. Allah eləsin ki, gələcəkdə bu müddəalar əsas sənəddə yer alsın, amma buna inanmıram.

Ona görə də təəccüblənməyin ki, seçkilərdən bir müddət sonra ABŞ öz payının müəyyən hissəsini “başqasına” versin. Mənim fikrimcə, nəticədə bölgü təxminən belə ola bilər: 26 faiz Ermənistana, 26 faiz ABŞ-yə, 48 faiz isə Azərbaycana və ya Türkiyəyə. Axı Azərbaycandan başqa, ora gəlib yol çəkməkdə maraqlı olan başqa bir ölkə yoxdur”, - deyə Karapetyan qeyd edib.

Karapetyan bildirib ki, ABŞ isə bir gün bu məsələyə marağını itirə bilər və ya bunun öz milli təhlükəsizlik maraqlarına uyğun olmadığını hesab edə bilər.

“Bu böyük avantüraya inanmaq lazım deyil. “TRIPP yolu, adının da göstərdiyi kimi, hamımıza təsir edəcək və onda artıq çox gec olacaq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin