İran AEBA ilə əməkdaşlığı dayandırmaq istəyir

2025/06/1749921542.jpg
Oxunub: 295     11:41     23 İyun 2025    
İranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması haqqında qanun layihəsinin qəbul edilməsi planlaşdırılır.

Ordu.az-ın məlumatına görə, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.

"Biz AEBA-nın peşəkar davranışına dair obyektiv zəmanətlər alana qədər İranın bu beynəlxalq təşkilatla əməkdaşlığını dayandıracaq qanun layihəsi qəbul etməyi planlaşdırırıq. Dünya açıq şəkildə AEBA-nın öz öhdəliklərini yerinə yetirmədiyinin və siyasi alətə çevrildiyinin şahidi oldu", - o, deputatlar qarşısında çıxışı zamanı deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   AEBA  


Bizi "telegram"da izləyin