İsrail İranın bir neçə ballistik raket anbarını məhv edib

2024/08/1722834650.jpg
Oxunub: 360     11:13     23 İyun 2025    
İsrail Hərbi Hava Qüvvələrinin (IDF) İrana endirdiyi zərbələr nəticəsində İsraili hədəf almış bir neçə ballistik raket anbarı və buraxılış meydançası məhv edilib.

Ordu.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər İsrail Hərbi Hava Qüvvələri 15-dən çox qırıcı təyyarənin iştirakı ilə İranın Kirmanşah bölgəsinə bir sıra zərbələr endirib və raket bazalarını hədəf seçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin