İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq

2025/06/1750567403.jpg
Oxunub: 323     10:48     23 İyun 2025    
İran İsrailin hücumlarının davam etməsi fonunda ABŞ ilə danışıqlar aparmayacaq, lakin onun İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verəcək.

Ordu.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtri Rəvançi bildirib.

O, ölkənin nüvə obyektlərinə son hücumları belə şərh edib: "İsrailin ABŞ-nin dəstəyi ilə bizə hücum etdiyi bir vaxtda dialoqu davam etdirməyin mənası yoxdur. Biz sadəcə danışıqlar naminə danışıqlar aparmırıq".

Onun sözlərinə görə, Tehran iyunun 13-də İsrailin İrana hücumu zamanı Vaşinqtonla əlaqə saxlayıb, "akin cari hadisələr dialoqu davam etdirməyi qeyri-mümkün edir.

Nazir müavini həmçinin bildirib ki, İran ölkənin nüvə obyektlərinə ABŞ-nin hücumlarına cavab verəcək, lakin o, mümkün cavab addımlarının təfərrüatlarını açıqlamayıb: "Mən hərbçi deyiləm, amma bizim hərbçilərimiz nə edəcəklərini bilir və bunu edəcəklər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   ABŞ  


Bizi "telegram"da izləyin