İsrail İranda altı aerodroma hücum edib

2025/06/1750564785.jpg
Oxunub: 777     10:24     23 İyun 2025    
İsrail Müdafiə Ordusu İranın qərb, şərq və mərkəz hissələrində altı aerodroma zərbə endirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İranın hava məkanında üstünlüyü gücləndirmək səyləri çərçivəsində İsrail Müdafiə Ordusu İranın qərb, şərq və mərkəz hissələrində altı aerodroma hücum edib. Zərbələr nəticəsində uçuş-enmə zolaqları, yeraltı obyektlər, yanacaqdoldurma təyyarəsi zədələnib. Pilotsuz uçuş aparatları 15 qırıcı təyyarə və helikopteri məhv edib", - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin