Yaponiyanın Baş naziri NATO sammitində iştirakdan imtina etməyi planlaşdırır

2024/10/1727761065.jpg
Oxunub: 366     09:28     23 İyun 2025    
Yaponiyanın Baş naziri Sigeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətindədir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Bu qərarın səbəbi açıqlanmır. Daha əvvəl Cənubi Koreya Prezidenti Li Çje Myon da sammitdə iştirakdan imtina etmişdi. Onun administrasiyasında bunu "andiçmədən sonra çoxsaylı dövlət işləri" və "Yaxın Şərqdə dəyişkən vəziyyət"lə izah etmişdilər.

Son illərdə Yaponiyanın Baş naziri NATO liderlərinin görüşlərində daim iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   NATO  


Bizi "telegram"da izləyin