Ordu.az "The New York Times"a istinadən xəbər verir ki, ABŞ hərbi komandanlığı hücum planının uğurla alınması üçün eyni vaxtda Missuridən "B-2" bombardmançılarından ibarət iki qrupu havaya qaldırıb.
Qeyd olunur ki, təyyarələrdən bir qrupunun radiolokasiya qurğusu işlək vəziyyətdə Yaxın Şərqdən əks istiqamətə göndərildiyi halda, bunker bombaları daşıyan digər təyyarənin radiolokasiyası söndürülmüş halda İran üzərinə hərəkət edib.
Ekspertlər bildiriblər ki, bununla da Vaşinqton planlaşdırdığı hücumun vaxtı və istiqamətini gizlədərək qarşı tərəfi çaşdırıb.
Ordu.az