Ordu.az xəbər verir ki, bu barədə departamentin X-dəki səhifəsində məlumat yayıb.
“Bu gün dörd zabit və 53 peşəkar hərbçi öz iradəsinə zidd olaraq azadlıqdan məhrum edilib. Bu hərəkət təkcə onların fundamental hüquqlarının kobud şəkildə pozulması deyil, həm də Kolumbiya dövlətinə qarşı açıq təhqirdir", - departament qeyd edib.
Qeyd olunur ki, əsgərlərin girov götürülməsində vaxtilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) döyüşçüləri tərəfindən yaradılmış yarımhərbi birləşmələrdən olan “Karlos Patinyo” qruplaşması iştirak edib.
Nazirlik həmçinin bildirib: “Biz ölkənin cənub-qərbində dövlət qüvvələrinin qanuni fəaliyyətinə mane olmaq məqsədilə yerli icmalardan qorxaqcasına istifadə edən ‘Karlos Patinyo’ qrupunun əsgər və zabitlərimizi oğurlamasını qəti şəkildə pisləyirik”.
Ordu.az