İran ərazisindən raket buraxılıb - İsrail Müdafiə Qüvvələri

2025/06/1750496232.jpg
Oxunub: 457     04:20     23 İyun 2025    
İsrail Müdafiə Qüvvələri İran ərazisindən raket buraxılışını qeydə alıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti yayıb.

“Müdafiə Qüvvələri bir müddət əvvəl İran ərazisindən İsrail dövlətinə doğru raket buraxılışını qeydə alıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün aktiv işləyir”, – məlumatda qeyd olunub.

Bundan əvvəl raket aşkar edilən bölgələrdə sirenlər səslənib və əhali təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin