Dəməşqdəki terror aktı Suriyada sülh və sabitliyi hədəfə alır - Türkiyə XİN

2024/10/1730188236.jpg
Oxunub: 391     00:42     23 İyun 2025    
Dəməşqdə yerləşən Müqəddəs Elias kilsəsində törədilən terror aktı Suriyada sülh və sabitliyi pozmağa yönəlib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin partlayışla bağlı yaydığı açıqlamada qeyd olunub.

Bəyanatda vurğulanıb ki, terror aktı Suriyada sabitliyin və təhlükəsizliyin bərpasına yönəlmiş səyləri hədəfə alır və ölkədə əmin-amanlığı pozmaq məqsədi güdür.

Türkiyə XİN Suriya rəhbərliyinin və xalqının birliyi qoruyacağına, ölkəni xaosa sürükləmək istəyən terror təşkilatlarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyinə inandığını bildirib.

Eyni zamanda Türkiyə, Suriya xalqının yanında olacağını və onlara hər cür dəstək verməyə davam edəcəyini bəyan edib.

Nazirlik partlayış nəticəsində həyatını itirənlərin ailələrinə və Suriya xalqına başsağlığı verib, yaralananlara isə şəfa diləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN   Dəməşq  


Bizi "telegram"da izləyin