İranın xarici işlər naziri Moskvada səfərdədir

2025/06/1750446094.jpg
Oxunub: 361     23:52     22 İyun 2025    
İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Bu barədə Ordu.az “IRNA” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Abbas Əraqçi ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı Rusiya lideri və yüksək rütbəli rəsmilərlə regional və beynəlxalq məsələlərdə məsləhətləşmək niyyətindədir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İranın xarici işlər nazirinin Moskvaya gəldiyini təsdiqləsə də, kimlərlə görüşəcəyi barədə məlumat verməyib.

“Biz İranın xarici işlər nazirinin danışıqlar aparmaq üçün Moskvaya gəlməsini təsdiq edirik”, - diplomat bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   Moskva  


Bizi "telegram"da izləyin