Ordu.az xəbər verir ki, bu barədə İƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-22-də Türkiyədə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş İstanbul Bəyannaməsində deyilir.
"Biz İsrailin regionda sabitliyi pozma siyasətini, həmçinin İran, Suriya və Livana qarşı son hücumlarını pisləyirik. Bu, ölkələrin suverenliyinin, təhlükəsizliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyəti bu təcavüzü dayandırmaq üçün çəkindirici tədbirlər görməyə və İsraili törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq. Deeskalasiya, İrana qarşı təcavüzü dayandırmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səyləri dəstəkləmək məqsədilə müvafiq regional və beynəlxalq tərəflərlə müntəzəm əlaqələr qurmaq tapşırığı veriləcək nazirlərdən ibarət açıq təmas qrupunun yaradılması barədə qərar qəbul edirik”- Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı sənəddə deyilir.
Xüsusilə bəyannamədə deyilib ki, İsrailin İrana hücumları regionda humanitar, iqtisadi və ekoloji vəziyyəti təhdid edir. Eyni zamanda xarici işlər nazirləri BMT-nin Fələstin üzrə Beynəlxalq Konfransının mümkün qədər tez çağırılmasını istəyiblər.
Ordu.az