ABŞ daxili hücumlarla bağlı xəbərdarlıq edib

2024/11/1730783480.jpg
Oxunub: 456     20:19     22 İyun 2025    
ABŞ Milli Terrorla Mübarizə Mərkəzi İranla münaqişənin kəskinləşməsi ilə əlaqədar ölkədə təhlükə səviyyəsinin yüksəldiyi barədə xəbərdarlıq bülleteni yayıb.

Ordu.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

İyunun 22-də səhər saatlarında yayılan bülletendə konkret təhdidlər qeyd olunmasa da, “İranpərəst hakerlər” tərəfindən kiberhücum riskinin olduğu bildirilib.

Daxili Təhlükəsizlik Departamentinin bir hissəsi olan mərkəz həmçinin bildirib ki, İsrail və İran arasındakı münaqişə ekstremistləri hücum cəhdlərinə sövq edə bilər.

İyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ İranda Fordo, Natanz və İsfahan daxil olmaqla üç nüvə obyektinə uğurla hücum edib. Onun sözlərinə görə, Tehran münaqişəyə son qoymağa razı olmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin