ABŞ Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq edib

2019/07/59630-1564376541.jpg
Oxunub: 473     20:25     22 İyun 2025    
ABŞ Hörmüz boğazında tranzit gəmiləri qorumaq üçün hərbi tədbirlərdən istifadə imkanını nəzərdən keçirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə CBS telekanalında ABŞ Dövlət katibi Mark Rubio bildirib.

“İran boğazı bağlamaq qərarına gəlsə, ilk qəzəblənən çinlilər olacaq - onlar buradan keçən neftdən asılıdırlar”, - diplomat qeyd edib.

O əlavə edib ki, Tehranın belə bir addımı genişmiqyaslı eskalasiyaya səbəb olacaq və buna təkcə ABŞ deyil, digər dövlətlər də cavab verəcək.

Qeyd edək ki, İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin