İsrail İranın dörd bölgəsinə zərbələr endirib

2024/09/1727154527.jpg
Oxunub: 421     18:42     22 İyun 2025    
İsrail Hərbi Hava Qüvvələri İranın dörd müxtəlif bölgəsində eyni vaxtda reaktiv yaylım atəşi sistemləri, pilotsuz təyyarələr və hərbi hədəflərə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

"SAXAL eyni vaxtda dörd ərazidə - İsfahan, Buşəhr, Əhvaz və ilk dəfə Yəzd bölgəsində reaktiv yaylım atəşi sistemləri və pilotsuz təyyarələrə hücum edib", - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, 30 döyüş təyyarəsi 60-dan çox sursatdan istifadə etməklə İran ərazisində onlarla hərbi obyektə hücum edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin