İsrailin İrana hücumunda 3 xilasedici ölüb – İranın Qırmızı Aypara Cəmiyyəti

2025/06/1750482482.jpg
Oxunub: 391     14:55     22 İyun 2025    
Ötən 10 gün ərzində İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın Qırmızı Aypara Cəmiyyətinin 3 xilasedicisi ölüb.

Ordu.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi Tehranda bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeyd olunan hücumlar 29 xilasedicinin yaralanması ilə nəticələnib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin