Britaniya Baş naziri ABŞ-ın İrana zərbəsini dəstəkləyib, Tehranı danışıqlara çağırıb

2025/02/1740717689.jpg
Oxunub: 409     12:34     22 İyun 2025    
Böyük Britaniya Baş naziri Kir Starmer İranı yenidən nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa çağırıb.

Ordu.az-ın xəbərinə görə, Kir Starmer bu barədə X-da paylaşım edib.

Britaniya Baş naziri ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna da dəstəyini ifadə edib: “İranın nüvə proqramı beynəlxalq təhlükəsizlik üçün ciddi təhlükə yaradır. Tehrana heç vaxt nüvə silahı yaratmağa icazə verilməyəcək və ABŞ bu təhlükəni azaltmaq üçün addım atıb. Biz İranı danışıqlar masasına geri qayıtmağa və bu böhrana son qoymaq üçün diplomatik həllə çağırıram”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ   İran  


Bizi "telegram"da izləyin