Kallas İran, İsrail və ABŞ-ni danışıqlar masasına qayıtmağa çağırıb

2025/02/1740419534.jpg
Oxunub: 322     12:18     22 İyun 2025    
Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaya Kallas İran, İsrail və ABŞ-ni danışıqlar masasına qayıtmağa çağırıb.

Ordu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"İranın nüvə silahı istehsalına icazə verilməməlidir, çünki bu, regional təhlükəsizliyə təhdid olardı. Bütün tərəfləri dayandırmağa və daha artıq gərginliyin qarşısını almaq üçün danışıqlar masasına qayıtmağa çağırıram", - Aİ rəsmisi qeyd edib.

Kallas Aİ xarici işlər nazirlərinin iyunun 23-də Lüksemburqda planlaşdırılan görüşdə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklərini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   İran   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin