Aİ sabah İranla bağlı vəziyyəti müzakirə edəcək

2025/04/1745916768.jpg
Oxunub: 332     11:42     22 İyun 2025    
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın zərbələrindən sonra bütün tərəfləri geri çəkilməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə diplomat “X” hesabında bildirib.

Kaya Kallas qeyd edib ki, Aİ xarici işlər nazirləri sabah İranla bağlı vəziyyəti müzakirə edəcək.

“İranın nüvə silahı yaratmasına icazə verilməməlidir, çünki bu, beynəlxalq təhlükəsizliyə təhdid ola bilər. Mən bütün tərəfləri geri çəkilməyə, danışıqlar masasına qayıtmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram”, - Kallas qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   İran    


Bizi "telegram"da izləyin