KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb

2025/06/1750580041.jpg
Oxunub: 341     11:37     22 İyun 2025    
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana xəbərdarlıq edib ki, nüvə obyektlərinə zərbələr hakimiyyəti dəyişdirmək üçün müharibənin başlanğıcı deyil, birdəfəlik aktdır.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Vaşinqton ərəb dövlətləri vasitəsilə Tehrana hücumların başa çatması barədə məlumat verib. ABŞ həmçinin vasitəçilər vasitəsilə İranı nüvə sazişi üzrə danışıqlara qayıtmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin