İrandan İsrailə 27 ballistik raket atılıb, 86 nəfər yaralanıb - YENİLƏNİB (VİDEO)

2025/06/1748935000.jpg
Oxunub: 839     11:57     22 İyun 2025    
İranın bu gün səhər İsrailə raket zərbələri nəticəsində yaralananların sayı 86 nəfərə çatıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılardan ikisinin durumu orta ağırdır, 81 nəfər yüngül yaralanıb, 4 nəfərin durumu isə açıqlanmayıb.

***

İranın bu gün səhər İsrailə raket zərbələri nəticəsində yaralananların sayı 23 nəfərə çatıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə "ynetnews.com" məlumat yayıb.

Yaralılardan birinin durumu orta ağırdır, 22-i yüngül yaralanıb

***

İranın atəşi nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrailin milli təcili yardım xidməti “Magen David Adom” ("Davidin qırmızı qalxanı") xəbər yayıb.

“Həkimlər tibbi yardım göstərərək 16 zərərçəkmişi xəstəxanalara çatdırıblar”, - məlumatda deyilir.

Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti orta ağır qiymətləndirilir.

***

İrandan İsrailə 27 ədəd ballistik raket atılıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Raketlərin hədəfi Hayfa şəhəri və İsrailin mərkəzi rayonları olub.

Ölkə üzrə 10 yerə raket və qalıqlarının düşdüyü barədə xəbər daxil olub. 1 nəfə orta ağır olmaqla, 11 nəfər xəsarət alıb.

***

İsrail İrandan ballistik raketlərin atılması qeydə alınıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Bu, ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra İrandan İsrailə ilk hücumdur.

Raket hücumu ilə əlaqədar İsrailin mərkəzi və şimalında həyəcan siqnalı verilib. Əhali növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmalıdır.

İran mediası da İsrailə yeni raket hücumu başladığı barədə xəbər yayıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin