İran XİN ABŞ-ni beynəlxalq hüququ pozmaqda ittiham edib

2025/06/1750567403.jpg
Oxunub: 522     08:38     22 İyun 2025    
ABŞ İranın nüvə obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi deyib.

Onun sözlərinə görə, ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun "uzunmüddətli nəticələri olacaq".

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin