ABŞ-nin zərbələrindən sonra İranda radioaktiv çirklənmə əlamətləri aşkar edilməyib

2025/06/1750564785.jpg
Oxunub: 366     08:16     22 İyun 2025    
ABŞ-nin zərbələrinə məruz qalan İsfahan, Natanz və Fordoda İranın nüvə obyektlərində radioaktiv çirklənmə əlamətləri yoxdur.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın Milli Nüvə Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

"Görülən tədbirləri, ilkin planlaşdırma və radioaktiv aşkarlama sistemləri tərəfindən qeydə alınan məlumatlar nəzərə alınaraq, çirklənmə əlamətləri aşkar edilməyib", - deyə qurumun bəyanatında bildirilib.

Mərkəz həmçinin rəsmi olaraq ABŞ-yi İrana nüvə proqramı ilə bağlı hədəfləri vurmaqda ittiham edib. Qeyd edilib ki, ABŞ hakimiyyəti İran obyektlərinə hücum etməklə beynəlxalq hüququ, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin