Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının tarixi dəyişəcəyini deyib

2025/06/1750566771.jpg
Oxunub: 345     06:55     22 İyun 2025    
Prezident Tramp və mən tez-tez "sülh güclə əldə edilir" deyirik.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu müraciətində bildirib.

"Əvvəlcə güc, sonra sülh gəlir. Bu gecə Prezident Tramp və ABŞ böyük qətiyyətlə hərəkət etdilər", - Netanyahu vurğulayıb.

İsrail lideri ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının "tarixi dəyişəcəyini" bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Natanyahu   ABŞ   İran  


Bizi "telegram"da izləyin