KİV: ABŞ-ın Fordodakı obyektə zərbə endirməsi nüvə partlayışına səbəb olmayacaq

2025/06/1750566237.jpg
Oxunub: 352     06:04     22 İyun 2025    
ABŞ-ın İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə endirdiyi zərbə radiasiyanın yayılmasına və ya nüvə partlayışına səbəb olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın “NBC News” telekanalı nüvə təhlükəsizliyi üzrə ekspertlərə istinadən məlumat yayıb.

Onların fikrincə, bombardman nəticəsində obyektin işçiləri böyük ehtimalla xəsarət alıb. Lakin hücum nüvə partlayışı və ya iri miqyaslı radiasiya və ya kimyəvi maddələrin yayılmasına səbəb olmayacaq.

“Bu, Fordoda nüvə reaktorları və ya döyüş başlıqları olsaydı baş verə bilərdi. Lakin beynəlxalq müşahidəçilər və ekspertlər bunun belə olmadığını düşünürlər”, - telekanal qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fordo  


Bizi "telegram"da izləyin