Amerikalı senator: "ABŞ İrana qoşun göndərməyəcək"

2025/06/1750565664.jpg
Oxunub: 335     05:30     22 İyun 2025    
“ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra bu ölkədə quru əməliyyatı planlaşdırmır.”

Ordu.az xəbər verir ki, bunu Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş deyib.

"Prezident Donald Tramp İranın nüvə proqramını dayandırmaq səylərində İsrailə kömək etmək üçün bu gün qəti addımlar atdı. Yalnız ABŞ silahları bunu etməyə qadir idi. Bu, ABŞ, İsrail və bütün dünyanı daha təhlükəsiz etdi", - senator qeyd edib.

O vurğulayıb ki, uzun sürən müharibədən söhbət getmir. "Bu, sonsuz müharibənin başlanğıcı deyil. İranda Amerika əsgərləri olmayacaq", - Riş əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin